Son günlərdə elektron media saytlarının bəzilərində Aran bölgəsinin rayonlarından olan Saatlı haqqında məqalə dərc olunub. Yazıda əsas hədəf rayon rəhbərliyi və polis rəisidir. Məqaləni oxuduqca Saatlının 7 il bundan öncəki və indiki vəziyyəti gözümün önünə kino lenti kimi gəlib keçir. 2008-ci ilin iyul ayından Saatlı rayonu ilə yaxından tanış olub orada baş verən hadisələr, görülən işlər barəsində media nümayəndəsi kimi ictimaiyyətimizə mütəmadi məlumatlar hazırlayıb təqdim edirdik. Bir sözlə Saatlıda vəziyyət ürəkaçan deyildi. Rayon respublikamızda gedən inkişaf prosesindən geridə qalırdı. Qarşıya qoyulan vəzifənin düzgün icra olunmaması Saatlıda sosial-iqtisadi durumu acınacaqlı vəziyyətə gətirib çıxartmışdı.
Siraqəddin Cabbarov 2008-ci ildə Saatlıya dövlət başçısı İlham Əliyev tərəfindən icra hakimiyyətinin başçısı təyin olunandan sonra rayonda yeni həyat başladı. Saatlı dünyaya yenidən göz açdı, rayonun hər bir sakini qollarını çırmalayaraq həvəslə tikib, qurub yaratmağa başladı. Ən qısa vaxtda Saatlı rayonu nəinki bölgədə hətta respublikamızda iqtisadi, sosial, aqrar, mədəni sahələrdə inkişaf etdi və abad, səfalı əraziyə çevrildi. Saatlının əvvəlki dönəmini görən insan gərək vicdanını, insafını, haqq ədalət hissini tamam itirmiş ola ki, bu günkü durumuna mənfi qiymət versin. Əməyə, zəhmətə gərək düzgün qiymət verəsən. Ölkə prezidenti İlham Əliyev Saatlıya son 7 ildə 6 dəfə səfər edərək görülən işlərlə tanış olub, əhali ilə görüşüb və regionların sosial, iqtisadi inkişaf dövlət proqramının yüksək səviyyədə icra olunduğunun şahidi olaraq əlavə tədbirlər haqqında sərəncamlar imzalayaraq dövlət büdcəsindən rayonda görülən işlərin sürətləndirilməsi üçün vəsait ayırıb. Saatlı rayonu barəsində ölkə rəhbərliyinin və yerli əhalinin yalnız və yalnız xoş təsuratları olub. Saatlının Sovetlər dönəmindəki ad-sanı, imici, görkəmi özünə ən müasir səviyyədə qaytarıldı.
Qaldı hüquq mühafizə orqanlarından Saatlıda polisin fəaliyyətinə, bu rayon 2011-ci ilə kimi kriminogen durum, narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı vəziyyət ürəkaçan deyildi. 2011-ci ildə Saatlı rayon polis şöbəsinə rəis vəzifəsinə təyin edilən Cəbrayıl Vəliyev marixuananın əkilib becərilməsinə, satışına əngəllər yaradaraq rayon ərazisindən yüz tonlarla narkotik tərkibli bitki aşkar edərək məhv etdi. Saatlıda narkotik alverçilərinin rahat, maneəsiz, qorxmadan, çəkinmədən fəaliyyətinə kökündən son qoyuldu. Hər kəs tam əmin oldu ki, Saatlıda bu cür çirkin işlərlə məşqul olmağa polis rəisi Cəbrayıl Vəliyev kimliyindən aslı olmayaraq imkan verməyəcək.
Eyni zamanda Saatlıda kifayət qədər iaşə obyektlərində, restoranlarda, kafelərdə, hətta fərdi yaşayış evlərində əxlaqsızlıq yuvaları, pritonlar rahat fəaliyyət göstərirdi. Polis rəisi Cəbrayıl Vəliyev Saatlıda bu biyabrçılıqında qarşısını qətiyyətlə aldı və həmin kafe və restoranlar yalnız əhaliyə müxtəlif növ yeməklər təklif etməklə fəaliyyət göstərmələri bildirildi. Rayonun mərkəzində yerləşən bazarın qarşısından avtomobillə keçmək mümkün deyildi. Rəisin göstərişi ilə bazarın qarşısında nizam-intizam, səliqə-səhman yaradıldı. Beləliklə, Saatlıda polis əsayişin keşiyində qətiyyətlə dayanaraq əhalinin rahatlığının təmin olunması üçün ayıq-sayıq xidmət göstərir.
Bu faktlar Saatlının bu günkü reallığıdır, bu faktlar əhalinin sadə Saatlı camaatının gündəlik yaşadığı həyatdır və hər kəs qeyd etdiklərimizin canlı şahidləridirlər.
Sonda üzümüzü Saatlı rayonundan yazan bəzi həmkarlarımıza tutub onları ədalətli, abyektiv olmağa səsləyirik.
İqbal Mikayılov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB