Səlim Müslümov: "Ailələrdə doğulan ikinci, üçüncü qızlar üçün yardımlar ediləcək" AÇIQLAMA
"Son dövrlər statistik məlumatlar onu göstərir ki, Azərbaycanda doğulan uşaqların tərkibində oğlanların qızlara nisbəti sürətlə artır". SİA-nın məlumatına görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, hazırda doğulan hər 100 qız uşağına 117 oğlan düşür: "Bu, dünyada Çindən sonra ikinci göstəricidir. Proses bu cür davam edərsə 18-20 ildən sonra ailə qurarkən oğlanlar üçün problemlər ola bilər. Bu cür halların qarşısını almaq üçün Türkiyənin nüfuzlu universitet mütəxəssisləri ilə müzakirələr aparıldı və təkliflər verildi. Əlbəttə ki, bir sıra təkliflər var və gələcəkdə bu təkliflər dəyərləndirilə bilər".
Nazir qeyd edib ki, təkliflər sırasında ailələrdə doğulan ikinci, üçüncü qız uşaqları üçün yardımların edilməsi məsələsi var: "Bundan başqa xüsusi mükafatlar da ola bilər. Eyni zamanda abortların da qadağan edilməsi məsələsi gündəmdədir. Həmçinin yeni doğulmuş uşaqların bağçalarda yerləşdirilməsi nəzərdə tutulur. Bu ona gətirib çıxarır ki, qadınların işləmək imanları artacaq. Yəni qadın uşağa baxmaq üçün işləməkdən məhrum olmayacaq. Çünki uşağına baxa biləcək sosial müəssisələr yaradılacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB