Nazir: "Əlillik təyinatı müəyyən edən işçilərin 60 faizdən çoxu dəyişdirilib" AÇIQLAMA
"Əlillik təyinatı müəyyən edən işçilərin 60 faizdən çoxu dəyişdirilib. Daimi kontakt olan yerlərdə neqativ halların ortaya gəlməsinin imkanları böyük olur". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bu cür halların aradan qaldırılması üçün tibbi–sosial ekspert komissiyalarının üzvlərinin işçi qruplar şəklində 1 gün ərzində rayonlara ezam olunduğunu bildirib. S.Müslümov qeyd edib ki, həmin rayonda müayinələr aparılır və qərar dərhal elektron imza ilə Nazirliyin mərkəzi məlumat bazasına daxil edilir: "Prosesin bu şəkildə davam etdirilməsi neqativ halların tamamilə aradan qaldırılması üçün imkan yaradır. Hələlik hər hansı bir şikayət Nazirliyə daxil olmayıb. Əgər şikayət olarsa, buna qanunvericiliyin tələbinə uyğun olaraq baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB