Səlim Müslümov: "Yanvarın 1-dən təkrar əlillik 5 ildən artıq olmayacaq" AÇIQLAMA
"38 tibbi–sosial ekspert komissiyasına əlilliklə bağlı təyinat aparılması qadağan edilib". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, kollegiyanın qərarına əsasən Nazirliyin xüsusi əmri ilə 10 işçi tibbi sosial ekspert komissiyası yaradıb: "Hər birində 3 həkim olmaqla, 1 nevropotoloq, 1 cərrah və 1 terapevt. Dekabr ayı ərzində bu komissiyalar işləyəcəklər. Artıq keçən həftə 5 gün ərzində tibbi–sosial ekspert komissiyası respublikanın bütün rayonlarında olublar. Həmin rayonlarda ilkin əlillik üçün müraciət edənlərin hamısını müayinə ediblər. Müayinədən keçən 2000 nəfərdən yalnız 995 nəfərinə əlillik qrupunun təyin edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən tibbi–sosial ekspert komissiyası işçi qrupunun yerlərə ezam olunan həkimləri Balakən, Qax, Zaqatala bölgəsinə göndərilənlər Bakıdan və yaxud cənub zonasından olan həkimlərdir. Yaxud da əksinə Cənub zonasına ezam olunanlar isə şimal bölgəsindən olan həkimlərdir. Bakıya isə rayonlardan tərtib olunmuş həkim qruplarının gəlişi təmin olunub. Onlar keçən həftə Bakı şəhərinin rayonlarında bütün ilkin əlillik üçün müraciət edən insanları qəbul ediblər. Nəticədə qəribə situasiya ortaya çıxıb. Real müayinə zamanı forma 88 təqdim eləmiş 2000-ə yaxın ilkin əlillik üçün müraciət etmiş şəxslərdən yalnız 50%-nə əlillik təyin olunub. Qalanlarına isə ya müalicəni davam etdirmək, yaxud əlillik düşmür qərarı verilib".
Səlim Müslümov Nazirlər Kabineti tərəfindən Cənab prezidentin 14 sentyabr tarixli Fərmanının icrası ilə bağlı qərarlar qəbul edilənədək prosesin davam edəcəyini bildirib: "Növbəti ildən təkrar əlillik 5 ildən artıq olmayacaq. İlkin əlilliklərin isə elektron şəkildə həyata keçirilməsinin şahidi olacağıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB