DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi Azərbaycanda Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni gücləndirib. SİA-nın xəbərinə görə, nazirlikdən verilən məlumatda bildirilir ki, hazırda Bakıda və rayonlarda bu cür maddələrin satışı və istifadəsi ilə bağlı reydlərə başlanılıb: "Bu məsələlər nəzarət altındadır. Bu cür maddələrin və əşyaların satışı və istifadəsi aşkar olunduqda qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görülür".

Nazirlikdən deyilib ki, əvvəlki illərlə müqayisədə tezalışan və partlayıcı maddələrin satışında azalma müşahidə edilir. Nazirlik əhalinin bu cür madələrin satışı və istifadəsi halları ilə rastlaşdıqda "102" saylı zəng xidmətinə müraciət edərək məlumat verməsini tövsiyə edib. Nazirlikdən həmçinin bildirilib ki, tezalışan və partlayıcı maddələrin satışına qarşı tədbirlər daha da gücləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə