Ulu Öndərin xatirəsi Atırau vilayətində anılıb FOTOLAR

Ulu Öndərin xatirəsi Atırau vilayətində anılıb FOTOLAR

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Baş Konsulluqdan SİA-ya verilən xəbərə görə, X.Dosmuxambetov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən "Azərbaycan tarix və mədəni irsinin öyrənilməsi Mərkəzi"ndə keçirilmiş tədbirdə həmin vilayətdə fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyətinin üzvləri, və X.Dosmuxambetov adına Atırau Dövlət Universitetinin tələbələrinin iştirak ediblər.

Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "Novruz" milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov, universitetin beynəlxalq əlaqələr kafedrasının müdiri Dana Baqistanovna Kamilova və azərbaycanlı tələbələr çıxış edərək, ulu öndər Heydər Əliyevin fəaliyyəti, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafında oynadığı roldan danışıblar.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə