Aqiyə Naxçıvanlı: “Erkən nikahlar əsrlərdən qalmış ənənələrə əsaslanır” AÇIQLAMA

Aqiyə Naxçıvanlı: “Erkən nikahlar əsrlərdən qalmış ənənələrə əsaslanır” AÇIQLAMA

"Erkən nikah dünyada ən aktual problemlərdəndir". SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Aqiyə Naxçıvanlı bildirib ki, erkən nikahlar qızların savadsızlığına, təcavüzə məruz qalmasına, qeyri-sağlam olmasına və digər mənfi nəticələrə gətirib çıxarır: "BMT-nin hesabatına əsasən 2013-cü ildə qadınların 1/3-i 15 yaşına çatmadan ailə qurub və ya erkən nikaha cəlb edilib. Bu cür nikahlar əslində əsrlərdən qalmış ənənələrə əsaslanır. Qadının icazəsi olmadan kəbin kəsilməsi müsəlmançılıqda qəbul olunmur. Azərbaycanda bu kimi hallara qarşı mübarizə aparmaq üçün ciddi hüquq baza mövcuddur. "Məişət zorakılığının qarşısının alınması" haqqında qanunun qəbul olunması, "Yoxsulluğunun aradan qaldırılması ilə bağlı Fəaliyyət Planının" təsdiq edilməsi, Ailə Məcəlləsində nikaha girmə yaşının qızlar üçün 18-ə qaldırılması, Cinayət Məcəlləsində bu kimi neqativ hallara qarşı ciddi cəza tədbirlərinin nəzərdə tutulması və s. dövlətimizin bu məsələlərə verdiyi önəmin göstəriciləridir. Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyevanın da dediyi kimi "Erkən nikahların qarşısının alınmasında analar böyük rol oynamalıdır""

Bütün xəbərlər Facebook səhifəmizdə