Mübariz Qurbanlı: “Erkən nikahlara qarşı mübarizə bütün cəmiyyətin işidir” AÇIQLAMA

Mübariz Qurbanlı: “Erkən nikahlara qarşı mübarizə bütün cəmiyyətin işidir” AÇIQLAMA

"Erkən nikah məsələsi ümumbəşəri problemdir". SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı bildirib ki, uzaq tarixi keçmişdən bu yana bu problemə qarşı mübarizə aparılıb: "Heç bir valideyn istəməz ki, onun qızı erkən yaşda nikaha cəlb edilsin. Hazırda Avropada azyaşlılara qarşı cinsi istismar geniş vüsət alıb. Bəzən bunu dinlə bağlamaq istəyirlər. Hətta hədislərdən də istifadə edərək, bunu əsaslandırmağa çalışırlar. Bütün dini kitablar ailə və uşaqları müqəddəs elan edib. Erkən nikahları dinlə, sivilizasiya ilə bağlamaq düzgün deyil. Ailə tərbiyəsinə böyük diqqət yetirilməlidir. Erkən nikahlara qarşı mübarizə bütün cəmiyyətin işidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə böyük işlər görür. Qanunvericilikdə də ciddi addımlar atılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər qurumlarla bu sahədə birgə iş aparır. Düşünürəm ki, bu gün qəbul olunacaq Bakı bəyənnaməsi bu kimi mənfi halların aradan qalxmasına öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə