Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alındı FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Xidmətin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, dekabr ayının 12-də saat 01:00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirilən 1500 qutu "MM" siqaretlərini gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb.
Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gəti-rərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıblar.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB