Qış fəsli dekabrın 22-si başlayacaq

Qış fəsli dekabrın 22-si başlayacaq

Dekabrın 22-si Bakı vaxtilə saat 08:48-də qış fəsli başlayır. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Rəsədxanadan bildirilib ki, həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

Məlumata görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Bütün xəbərlər Facebook səhifəmizdə