"Günəşli" yatağındakı yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, yataqdakı 10 saylı dərin dəniz özülündə yanğınsöndürmə işlərinin birinci fazası başa çatıb: "Artıq bir quyunun ağzı bağlanıb. Digər quyularda da yanğının söndürülməsi üçün işlər davam etdirilir. Yanğının söndürülməsi, yəqin ki, yaxın vaxtlarda başa çatacaq".
Nazir vurğulayıb ki, itkin düşən neftçilərin axtarışları hər gün davam edir: "Havanın pis olduğu günlərdə də işlər davam etdirilir. Axtarışlar üçün başqa vasitələrdən də istifadə edəcəyik. Estakadaların dibinə baxış keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB