"Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin genişmiqyaslı axtarışlarına başlanılıb. SİA-nın "Azneft" İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri, 1 təyyarəsi, Dövlət Sərhəd Xidmətinin (DSX) 5 gəmisi və 9 helikopteri axtarışa başlayıb.
Yanğın davam edir, axtarışlar hələlik heç bir nəticə verməyib. Yanğının söndürülməsi üçün ABŞ-dan gətirilən xüsusi qurğular dənizdə quraşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB