Süni təpəciklər fəsadlar törədir

Süni təpəciklər fəsadlar törədir

Son illər paytaxtın müxtəlif hissələrində süni təpəciklər yaradılıb. Bu təpəciklər estetik cəhətdən gözəl görünə bilər. Amma tədqiqatçılar belə təpəciklərin sonradan müəyyən fəsadlara səbəb olacağını deyirlər. Paytaxtın şimal girişində son bir neçə ildə salınmış süni təpəciklər şəhərin girişinə gözəllik qatır. Amma geoloji qaydalara əməl etməyəndə sürüşməyə səbəb ola bilər.

Elmlər Akademiyasının aparıcı elmi işçisi Starə Tarixazərinin sözlərinə görə belə təpəciklər salınarkən ərazinin geoloji quruluşu mütləq nəzərə alınmalıdır. Amma elə ərazilər var ki, orada süni təpəciklərin məqsədə uyğun deyil. Xüsusən dik yamaclarda.

Ekspertin sözlərinə görə, Bakı Sumqayıt yolunda avtovağzalın qarşısındakı sürüşməyə məhz mailli hissəyə yaxın təpəcik səbəb olub. Üstəlik həmin ərazidə drenaj sistemin yoxluğu sürüşmə çökməni daha da sürətləndirib.

Amma hamar ərazilərdə belə təpəciklərin yaradılmasında bir problem yoxdur. Yer səthi düz olarsa, suyun sızması baş versə belə torpaq qatının sürüşməsi ehtimalı olmur.

Bütün xəbərlər Facebook səhifəmizdə