Rusiyadan pul köçürmələri xeyli azaldı

Rəsmi rəqəmlərə görə təxminən 40% azalma var
Rusiyadan pul köçürmələri xeyli azaldı

Sanksiyalar və xeyli müddətdir davam edən iqtisadi böhran Rusiyada həyat şəraitini günü gündən çətinləşdirir. Bu isə öz növbəsində orda çalışan azərbaycanlıların gəlirlərinə də təsir edir. Nəticədə onların yaxınlarına göndərdikləri vəsaitdə kəskin azalma var bunu rəsmi rəqəmlər də təsdiqləyir. Rusiyadakı əməkdaşımızın reportajını təqdim edirik.

Son aylarda baş verən siyasi və istisadi böhran Rusiyada yaşayan həmvətənlilərmizdən yan keçməyib.Onların Azərbaycana göndərdikəlri pul həcmi təxminən iki dəfə azalıb.

Rusiyanın Mərkəzi Bankı bu ilin 9 ayı ərzində azərbaycanlı əmək miqrantlarının Azərbaycandakı yaxınlarına göndərdikləri pulların məbləğinin cəmi 272 milyon dollar təşkil etdiyini açıqlayıb.

Halbuki ötən ilin eyni dövründə bu rəqəm 456 milyon idi. Bu, sürətli pul köçürmələri əsasında qeydə alınmış statistikadır. Analoji tendensiya orta asiyalılar üçün də qeydə alınıb. Bu ölkələrdən olan sürətli köçürmədə təxminən 2 dəfə azalıb. Ən çox azalma isə Özbəkistan və Tacikistana pul transferində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə