Süni mayalanma yolu ilə doğulan hər baş buzova görə təyin edilən 100 manat subsidiya gələn ildən etibarən verilməyə başlayacaq. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında imzaladığı sərəncama müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən süni mayalanma yolu ilə doğulan hər baş buzova görə verilən subsidiyaların tətbiqi qaydaları artıq işlənib: "Bu qanunun icrası ilə bağlı qaydalar artıq hazırlanıb və təqdim olunub. Həmin qaydalar əsasında qanun gələn ildən etibarən tətbiq olunmağa başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB