Turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək Bakıda

Turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək Bakıda

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 10 illiyinə həsr edilən "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" adlı II Beynəlxalq konfrans keçiriləcək. ATMU-dan SİA-ya bildirilib ki, konfransda 4 ölkədən olan tədqiqatçıların turzimin müxtəlif sahələrinə dair 44 məruzəsi dinləniləcək, fikir mübadiləsi aparılacaq, XX əsrin fenomeni hesab edilən dünya turizminin XXI əsrdə də dayanıqlı inkişafı və s. haqqında məlumatlar veriləcək.

Beynəlxalq konfrans dekabrın 19-da ATMU-nun II korpusunda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə