Nadir Əzməmmədov: "Bayram günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq" AÇIQLAMA

Nadir Əzməmmədov: "Bayram günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq" AÇIQLAMA

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov SİA-ya açıqlamasında bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni il ərəfəsində gücləndirilmiş iş rejimi çalışacaq: "Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün əlavə vaqonlar qoşulacaq. Əlavə vaqonların sayının 10-15, bəzən də 20 ədəd olması nəzərdə tutulub. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə həmin vaqon qatara qoşulan gün həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə