“Mədəniyyətimizin təbliğində informasiya amili” FOTOLAR

Asif Usubəliyev: "Kollektivimizin qarşısında yeni strateji hədəflər var"
“Mədəniyyətimizin təbliğində informasiya amili” FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistlər üçün "Mədəniyyətimizin təbliğində informasiya amili" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov seminarın məqsədi haqqında məlumat verib. O bildirib ki, əsas məqsəd müasir informasiya dövründə mədəniyyətimizin təbliğində KİV nümayəndələrinin mühüm rolunu geniş ictimaiyyətə çatdırmaq və bu sahədə olan boşluqları müzakirə etməkdir: "Sevindirici haldır ki, qısa zaman kəsiyində mərkəzimiz öz ətrafına yetərincə peşəkar mütəxəssislər cəlb edə bilib. Bir sıra layihələr həyata keçirilib ki, onların da geniş oxucu kütləsinə çatdırılmasında jurnalistlərin rolu əvəzsizdir. İnanırıq ki, mərkəzin bundan sonrakı fəaliyyəti barədə ictimaiyyətin dəqiq məlumatlandırılması üçün əməkdaşlığımız davam etdiriləcək".

Çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd edib ki, nazirliyin tövsüyə və tapşırıqlarına uyğun olaraq fəaliyyət göstərirlər və bundan sonra da bu istqiamətdə işləriini davam etdirəcəklər: "Formalaşmaqda olan kollektivimizin qarşısında yeni strateji hədəflər var. Hədəflərimizə çatmaq üçün isə təbii ki, ilk öncə KİV-lərin dəstəyi lazımdır. Sizlərin simasında yeni dost qazanmaq istəyirik. Mədəniyyətimizin təbliği, qorunması, mədəniyyət nümunələrinin mənimsənilməsinin qarşısının alınmasında əziz dostlar sizlərlə birgə hələ görüləsi işlərimiz qarşıdadır".

Çıxış edənlər mədəniyyət sahəsində görüləcək işlərdən bəhs ediblər, mövzu ətrafında maraqlı müzakirələr aparıblar.

Sonda Mərkəzin tədbirlərinin işıqlandırılmasında, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər haqqında geniş ictimaiyyətin informasiya ilə təmin edilməsində göstərdikləri dəstəyə görə bir sıra televizya və qəzet, saytlara fəxri diplomlar təqdim olunub. Qeyd edək ki, mükafatlandırılanlar arasında "SƏS" İnformasiya Agentliyi (SİA) də yer alıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə