Taliyə İbrahimova: “Abort siyasətinə yenidən baxılmalıdır” AÇIQLAMA

“Ailə planlaşdırılması adı ilə böyük fəsadlara yol açan qərarlar verilir”
Taliyə İbrahimova: “Abort siyasətinə yenidən baxılmalıdır” AÇIQLAMA

"Reproduktiv sağlamlıqla bağlı təqdim etdiyimiz qanun layihəsi hələ də qəbul olunmayıb". SİA xəbər veri ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycanda insan alveri, qadınlara qarşı zorakılıq, erkən nigahlar və digər bu kimi neqativ problemlər var və təəsüf ki, azalmağa doğru getmir: " Bütün bunların əsasında ailələr tərəfindən qəbul edilən qeyr-düzgün qərarlardır. Qadınlar hamiləliklərinin 12-ci həftəsinə qədər azad qərar verə bilər. 22-ci həftəsinə qədər sosial göstəricilər əsasında, hamiləliyin daha uzun müddətli davamında isə tibbi göstəricilər əsasında hərəkət etməlidir. Bu sahədə qanunvericilik sərtləşdirilməlidir".

Şöbə müdiri bildirib ki, abort siyasətinə yenidən baxılmalıdır: "Ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulmasına ehtiyac var. Bu istiqamətdə maarifləndirmə çox önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə