Fərid Babayev: “Azərbaycanda demoqrafik maskulasiya problemi yaşana bilər” AÇIQLAMA
"Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da oğlan uşaqlarına meyllilik çoxdur". SİA xəbər verir ki, bu fikirləri BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndələyinin baş müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, əvvəllər Cənub-Şərqi Asiya ölkələrində yaşanan qadın azlığı problemi bu gün Azərbaycanda da yaşanır: "Hindistan və Çin təcrübəsi göstərir ki, hər hansı ölkədə kişilərin çoxluğu bir çox problemlərə, o cümlədən ailə qura bilməmək, insan zorakılığı, təcavüz hallarının artması və cəmiyyət üçün digər neqativ hallara gətirib çıxarır".
Fərid Babayev bildirib ki, Azərbaycanda ailələr ultrasəs müayinələrlə dünyaya gələcək uşağın cinsiyyətini qabaqcadan öyrənir: "Təssüflər olsun ki, bu hallar əksər olaraq qız uşaqlarının əleyhinə yekunlaşır. Cəmiyyətdə oğlan uşaqlarına meyllik daha çoxdur. Bu gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. BMT-nin Əhali Fondu bu məsələlərdə Azərbaycan dövlətinə dəstək olmağa hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB