Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün Hacıqabul rayonunun Talış kəndində şəhidin dəfn mərasimi keçirilib. Mərasimdə Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyndən bildirilib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə, məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

.jpg)
.jpg)

.jpg)
.jpg)

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB