Axtarışlar heç bir nəticə verməyib

Axtarışlar heç bir nəticə verməyib

"Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşən şəxslərin axtarışları davam edir. "Azneft" İstehsalat Birliyindən (İB) SİA-ya verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi, SOCAR-ın isə 1 gəmisi axtarışa başlayıb.

Bildirilib ki, həmçinin Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri, 1 təyyarəsi və Dövlət Sulardan Xilasetmə Xidmətinin canlı qüvvəsi sahilboyu axtarışları davam etdirir. Axtarışlar hələlik heç bir nəticə verməyib. Hazırda "Günəşli" yatağında yanğın davam edir və yanğının söndürülməsi üçün ABŞ-dan gətirilən xüsusi qurğular dənizdə quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə