Məmurların yeni illə bağlı istənilən hədiyyələri, o cümlədən korporativ təqvimlər, yaxud təşkilatın simvollarını əks etdirən açıqcalar və s. qanunsuz hesab olunacaq. SİA xəbər veirr ki, bu barədə Rusiyanın əmək və sosial müdafiə naziri Aleksandr Çerkasov "İzvestiya" nəşrinə göndərdiyi məktubunda qeyd edib. Onun bildirdiyinə görə, indiyə qədər bu amil ənənə şəklini almışdı, lakin bundan sonra belə olmayacaq. Rusiyalı nazir bunu belə əsaslandırıb ki, Rusiya Federasiyasının prezidentinin sərəncamından sonra mövcud tapşırıqlar bütün nazirliklərə həvalə edilib.
Çerkasov digər nazirliklərə xəbərdarlıq edərək bildirib ki, hətta yeni illə bağlı nazirliklərin çəkdikləri xərclər də qanundankənar hesab olunacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB