İsmayıllı-Evian əlaqələri yarandı

Azərbaycan nümayəndə heyəti Fransanın Evian Su Zavodunda olub
İsmayıllı-Evian əlaqələri yarandı

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Evian şəhərində səfərdədir. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Evian Su Zavodunda olub. Zavodun fəaliyyəti ilə tanışlıq zamanı oxşar təbiətə malik İsmayıllı və Evian şəhərlərinin təbii ehtiyatlarla zəngin olduğu vurğulanıb. Həmçinin Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılmasının, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.

Su zavodunun istehsal fəaliyyətini izlədikdən sonra tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə