Bu gün səhər saatlarında bəzi KİV-lərdə, xüsusən Azadliq.info saytında Saatlı rayonunun Yeni Novruzlu kəndində təbii qazın verilməsinə problemlərin olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Saatlı Rayon İcra Hakimiyyətindən SİA-nın Aran bürosuna verilən məlumatda bildirilib ki, Saatlı-Sabirabad avtomobil yolunun sakinlər tərəfindən bağlanması, bununla bağlı həmin mətbu orqanlarda yazılan məlumatlar tam yalandır.
"Yazıda göstərilən şəkil isə həmin magistral yol yox kəndarası yoldur ki, burda da səhər saatlarında kollektorda yaranmış nasazlıq səbəbindən qazın verilməsində yarım saatlıq fasilə yaranıb. Amma, bu fasilə dediyimiz vaxt müddətində həll olunub və kəndə təbii qazın verilməsi bərpa olunub. Belə ki, bundan istifadə edən bəzi qərəzli və müxalif yönümlü şəxslər Saatlı rayonun əhalisinin adından elektron media saytlarına yalan məlumat verərək təxribat törətməyə istəyiblər. Həmin saytlarda qarşı tərəfdən heç bir mövqey öyrənmədən həmin təxribat və yalanla dolu olan məlumatı ictimaiyyətə çatdırıblar. Bir daha bildiririk ki, adı çəkilən Yeni Novruzlu kəndinə gedən qaz borusunda qəza baş vermiş və dərhalda aradan qaldırılmışdır. Əhali qəza yerinə kömək məqsədi ilə gəliblər ki, yaranmış problem tez aradan qaldırılsın və kəndə qazın verilməsi bərpa olunsun. Artıq kəndə qaz verilir və deyilən kimi heç bir narazılıq yoxdur. Saatlı sakinləri onların adından belə yalan məlumatlara görə həmin mətbu orqanları qınayırlar", deyə Saatlı RİH-dən verilən məlumatda bildirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB