Xəzərin seysmikliyi artıb

Bu il Azərbaycan ərazisində 7 minə yaxın zəlzələ qeydə alınıb. Bunlardan 17-si hiss olunub. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmətinin hesabatına əsasən verdiyi xəbərə görə, ilin 1-ci rübündə ən güclü zəlzələ Xəzər akvatoriyasında, 2-ci rübdə Goranboyda, 3-cü rübdə Şəki-Oğuz rayonlarının sərhədində, 4-cü rübdə Oğuzda baş verib.

Hesabatda bildirilir ki, 2015-ci ildə Oğuz, Şamaxı-İsmayıllı seysmogen zonasında, Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur. Ötən ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub.

Bütün xəbərlər Facebook səhifəmizdə