Mükafatlandırılma mərasimi keçirilib FOTOLAR

Mükafatlandırılma mərasimi keçirilib FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, FHN-in Akademiyasında baş tutan tədbirdə iştirakçılar Akademiyanın həyətində Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, təhsil nazirinin müavini Ceyhun Bayramov və BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi Andro Şilakadze sərgi ilə tanış olub.

Mükafatlandırma mərasimində çıxış edən nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva bildirib ki, müsabiqə 28 sentyabr - 14 dekabr 2015-ci il tarixlərində keçirilir. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək olub.

Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi Respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503 rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və qəza-xilasetmə texnikasının modeli və 167 yumşaq oyuncaq təqdim oluub.

Bundan əlavə, I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi üzrə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və Moldovadan, ümumilikdə, 37 rəsm və 5 plakat təqdim olunub.

Müsabiqəyə təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunub.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, təhsil nazirinin müavini Ceyhun Bayramov və BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi Andro Şilakadze qaliblərə mükafatları təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə