Aşbazların sirri açılıb VİDEO

Bu gün Cəfər Cabbarlı adına Gənclər kitabxanasında Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən (AMKM) "Miftahüt Tabbahin" ("Aşbazların sirri") kitabının təqdimatı olub.

SİA xəbər verir ki, təqdimatda Türkiyədə türk dilində XIX əsrdə yazılmış 40 yemək kitabının olması qeyd olunub: "Bunlardan 7-si erməni əlifbası ilə yazılsa da heç birində erməni mətbəxi, erməni yeməkləri ifadəsi yoxdur. Yeməklər sadəcə alya-turka yaxud alya frankadır. Kitablarda əsasən türk, bir az da avropasayağı yeməklərin nüsxələri verilib. "Miftahüt Tabbahin" kitabında ərzaqların çəkisinə, ilkin emalına, bişirmə metodlarına, bişirmə üçün ayrılan vaxta xüsusi diqqət ayrılması bu kitabı peşəkarlar üçün dəyərli mənbəyə çevirib".

Eyni zamanda o da vurğulanıb ki, erməni mətbəx mifologiyasının necə yaradıldığının öyrənilməsi baxımından erməni əlifbası ilə yazılmış türkcə mətbəx kitablarının əlimizdə olması çox böyük əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, təqdimatı keçirilən kitabın elmi redaktoru və ön sözün müəllifi AMKM-in baş direktoru Tahir Əmiraslanov, redaktor baş direktor müavini Ceyran Əsgərovadır. Kitab türkcəyə Ramiz Ağalıyev tərəfindən tərcümə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə