Jurnalistlər üçün seminar keçiriləcək

Jurnalistlər üçün seminar keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbulfəs Qarayevin təsdiq etdiyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq dekabrın 15-də, saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistlər üçün "Mədəniyyətimizin təbliğində informasiya amili" mövzusunda seminar keçiriləcək.

Tədbirdə qeyd olunan mövzuda tanınmış KİV nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Seminarın məqsədi müasir informasiya dövründə mədəniyyətimizin təbliğində KİV-in nümayəndələrinin mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyəti barədə dəqiq məlumatlandırmaq və onlarla əməkdaşlığa nail olmaqdan ibarətdir.

Seminarın sonunda 2015-ci il sentyabr-dekabr ayları ərzində Mərkəzin tədbirlərinin işıqlandırılmasında, mədəniyyətimizin təbliğatı istiqamətində görülən işlər haqqında geniş ictimaiyyətin informasiya ilə təmin edilməsində göstərdikləri dəstəyə görə bir sıra TV şirkətlərinə, qəzet redaksiyalarına və saytlara fəxri dipomlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə