Artıq qonşu ölkələrin sərhəd sularına yaxın ərazilərdə də axtarışlar aparılır. Dekbarın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarışı bu gün də davam etdirilir.
Xüsusi qərargahdan verilən məlumata görə, axtarışların miqyası ərazi baxımından daha da genişləndirilib, daha çox canlı və texniki qüvvə cəlb edilib. Belə ki, artıq qonşu ölkələrin sərhəd sularına yaxın ərazilərdə də axtarışlar aparılır.
Qəza baş vermiş platformada yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB