COP-21: Yekun saziş layihəsi təsdiqlənib

COP-21: Yekun saziş layihəsi təsdiqlənib

Qlobal istiləşmə ilə mübarizəyə dair saziş layihəsi BMT-nin iqlim üzrə Parisdə keçirilən COP-21 konfransının iştirakçıları tərəfindən təsdiqlənib. Xəbər verilir ki, sənədi 195 ölkədən olan bütün nümayəndə heyətləri dəstəkləyib. "Konfrans iştirakçılarının heç bir etirazı yoxdur. Saziş təsdiqlənib" – deyə konfransın yekun plenar iclasına sədrlik edən Fransanın xarici işlər naziri Loran Fabius elan edib.

Sazişin əsas məqsədi qlobal istiləşmə temperaturunun orta artımını sənayeləşmə erasınadək olan müvafiq göstəriciyə nisbətdə 1-1,2 dərəcə çərçivəsində saxlamaqdır. Bu məqsədlə inkişaf etmiş ölkələr 100 milyard dollar ayırmaq bərədə əvvəlki öhdəliklərini təsdiqləyiblər. Bu məbləğin bölüşdürülməsi ilə BMT-nin yaşıl iqlim fondu məşğul olacaq.

BMT-nin baş katibi Pan Gi Mun ölkələrin sazişi imzalamasını alqışlayıb və onu tarixi hadisə adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə