Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin dünyasını dəyişməsindən 12 il ötsə də, onun əziz xatirəsi qəlblərdə daim yaşayır. Ölkəmizdə və dünyanın bir çox ölkələrində Ulu Öndərin şəxsiyyətinə böyük ehtiram əlaməti olaraq xatirə günləri, anım tədbirləri keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, Ulu Öndərin Azərbaycanın hər yeri kimi Lənkəranın da sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri olub. Ümummilli Lider dəfələrlə Lənkəra səfərə gəlmiş, sakinlərlə səmimi və mehribanlıqla görüşərək onları narahat edən problemləri dinləmiş və həlli ilə bağlı tapşırıqlarını vermiş, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlamış, rayonda mədəni quruculuq sahələrində əməli işlər görüb.
.jpg)
Təsadüfi deyil ki, dekabrın 12-də Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib. Səhər tezdən Heydər Əliyev xatirə parkına tər qərənfil dəstələri ilə gələn lənkəranlılar, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər İcra hakimiyyətinin rəhbər işçiləri həzin müsiqi sədaları altında aramla Ulu Öndərin abidəsinə tərəf hərəkət ediblər. İlk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin abidəsini ziyarət edib. Sonra ümumxalq ziyarəti başlayıb və abidə tər çiçəklərə bürünüb. Sonra ziyarət Heydər Əliyev Mərkəzində davam edib, İcra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin həyat vəaliyyətini əks etdirən stendlərlə bir daha yaxından tanış olub, dahi rəhbərin xatirəsini anıblar.
Sərraf Mirsəfəroğlu








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB