Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 12 il keçir. SİA-nın məlumatına görə, səhər saatlarından ölkəmizin hər yerindən gələn insanlar Ulu Öndəri ehtiramla yad edir, məzarı önünə gül dəstələri qoyurlar.
Hazırda Fəxri Xiyabanın qarşısında minlərlə insan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün növbə gözləyir.
Ziyarətçilərdən bir neçəsi Səs TV-yə fikirlərini bildiriblər:
Nadir Məmmədov – Polis veteranı
Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Ümummilli Lider Azərbaycan dövlətinin yaranması və inkişafında böyük əməyi və zəhməti var. Azərbaycanın bu gün söz sahibi olması, dünyada tanınması, bütün sahələrdə sürətlə inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir azərbaycanlı bu gün Fəxri Xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət etməyi özünə borc bilir.
Ənvər Məmmədov – şəhər sakini
Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 12 il keçir. Gəlmişəm Ümummilli Liderimizin məzarını ziyarət edim. Ulu Öndərimiz çox dahi şəxsiyyət olub. O, Azərbaycanın müstəqilliyi uğrunda əvəzolunmaz işlər görüb.
Şahin Məmmədov – şəhər sakini
Bu gün Fəxri Xiyabana Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı gəlmişik. Ailəmizlə birlikdə Ulu Öndərimizi yad edəcəyik. O, dahi şəxsiyyət, böyük siyasətçi idi. Ümummilli Liderimiz ölkəmizin inkişafı üçün böyük işlərə imza atıb.
Mehriban Nadirova – Sabirabad sakini
Sabirabaddan gəlmişəm. Bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməyi özümə borc bildim. O, ölkəmiz üçün əvəzolunmaz işlər görüb. Hər dəfə Bakıya gələndə mütləq onun məzarını ziyarət edirəm. Allah rəhmət eləsin!
Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin üzvü
Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin 75 min üzvü adından nümayəndə heyətimiz bu gün Ulu Öndər Heydər Əliyevi yad etməyə gəlib. O, heç vaxt yaddaşımızadan çıxmır. Ümummilli Liderimiz Azərbaycanın xilaskarıdır. Fəxr edirik ki, O, bizə Prezident İlham Əliyev kimi lider bəxş edib. Hər zaman Prezidentimizin siyasi kursunu dəstəkləyirik.
İlyas Məmmədov – şəhər sakini
Bu gün Fəxri Xiyabana gəlmişik ki, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edək. Ümummilli Liderimiz o qədər yüksək səviyyəli dövlət xadimi idi ki, onun haqqında danışıb qurtarmaq mümkün deyil. Gənclərimiz Ulu Öndərimizin həyatını öyrənməli və tətbiq etməyə çalışmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB