"Günəşli" yatağındakı işlərlə bağlı SON XƏBƏR

"Günəşli" yatağındakı işlərlə bağlı SON XƏBƏR

"Günəşli" yatağında baş vermiş yanğınla əlaqədar olaraq buraya cəlb olunmuş xarici mütəxəssislər yatağın texniki avadanlıqları ilə məşğul olublar. Bu barədə SİA-ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Nizaməddin Quliyev bura cəlb olunmuş şəxslərin bütün dünya üzrə ən görkəmli mütəxəssislər olduğunu bildirib: "Bu şirkət sırf texniki işlərə nəzarəti həyata keçirir. Həmin şirkətin iki əməkdaşı da məhz "Günəşli" yatağındakı quyuağzı avadanlıqlarının dəyişdirilməsinə və yatağın texniki avadanlıqlarına baxış həyata keçirirlər".

Şirkətin yalnız texniki işlərlə məşğul olduğunu vurğulayan Nizaməddin Quliyev bu işə cəlb olumuş mütəxəssislərin yanğının söndürülməsinə cəlb olunmadıqlarını qeyd edib: "Yanğın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən söndürülür. Təbii ki, şirkət əməkdaşlarının gördüyü müvafiq işlər yanğının söndürülməsinə kömək edə bilər. Lakin yanğın onlar tərəfindən söndürülməyəcək. Yanğını biz özümüz söndürəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə