"İtkin düşən neftçilərdən tapılan yoxdur" RƏSMİ

"İtkin düşən neftçilərdən tapılan yoxdur" RƏSMİ

"Dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışları istiqamətində işlər davam etdirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 helikopteri və 1 təyyarəsi, eyni zamanda Dövlət Sərhəd Xidmətinə məxsus 2 helikopter və digər gəmilər cəlb olunub.

Nəticələrə gəlincə, E. Mirzəyev söyləyib ki, hazırda tapılan yoxdur: "İtkin düşənlərin axtarışları hər gün davam etdirilir. Hələ ki nəticə yoxdur".

Nazir müavini itkin düşən neftçilərin axtarışları ilə bağlı Xəzəryanı ölkələrə də məlumat verildiyini qeyd edib: " Axtarışla bağlı Xəzəryanı ölkələrə məlumat verilib və onlar bu işdə bizə kömək edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə