"Formula 1"ə hazırlıqla bağlı bu küçələr təmirə bağlanacaq

"Formula 1"ə hazırlıqla bağlı bu küçələr təmirə bağlanacaq

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Bakı Şəhər Halqasından SİA-ya verilən xəbərə görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Dekabr ayının 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabr ayının 13-dən 14-nə keçən gecə, Bazar ertəsi aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə