Dekabrın 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək xalqımızın 12 dekabrı böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd etdiyini vurğulayıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi uğurlar Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Dövlət Sərhəd Xidmətinin yaradıcısı olan Ulu Öndər imzaladığı fərman və sərəncamlarla milli sərhəd siyasətini formalaşdırmış, ölkə-mizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti istənilən şəraitdə ölkəmizin sərhədlərinin toxunulmazlığını təmin edə bilən mütəşəkkil bir quruma çevrilib.
Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB