Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Eko tur-təbiəti öyrənək və sevək" adlı layihə çərçivəsində ilk "eko-tur" Abşeron milli parkında keçirilib. SİA-nın xəbərinə görə, açılışda iştirak edən 20 nəfər gənci salamlayan layihə rəhbəri Aytəkin Nuriyeva bildirib ki, "Eko tur-təbiəti öyrənək və sevək" layihəsinin əsas məqsədi gəncləri "eko turlar" vasitəsilə milli parklarla tanış etməkdən, ətraf mühitin qorunmasında gənclərin rolunun artırılmasından və onların ekoloji bilik və bacarıqlarının inkişafından ibarətdir. Gənclərin çoxu ölkəmizin müxtəlif rayonlarında mövcud "milli park"larla və digər mühafizə olunan təbiət əraziləri ilə tanış deyillər. Layihə çərçivəsində gənclər ölkəmizdə mövcud "milli park"ların bəzilərilə tanış olacaqlar.
Layihə rəhbərinin çıxışından sonra, ekoloq təlimçi tərəfindən gənclərə Abşeron və digər milli parklar barədə ətraflı elmi məlumatlar verilib və iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılıb.
3 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində gənclərin Abşeron milli parkından başqa, Altıağac və Samur-Yalama milli parklarına da turları təşkil ediləcək.
.jpeg)
.jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB