"Azəriqaz" İB-də ixtisarlar gözlənilmir Açıqlama

"Azəriqaz" İB-də ixtisarlar gözlənilmir Açıqlama

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının ixtisar olunması gözlənilmir. Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev məlumat verib.

O bildirib ki, "Azəriqaz" İB-nin nəzdində iki departament - Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb və bununla bağlı olaraq SOCAR-ın insan resursları test olunacaq: "Bu zaman işçilər topladıqları ballara müvafiq olaraq aidiyyəti üzrə yerləşdiriləcəklər. Bu baxımdan ixtisarların olacağı gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə