Naftalanda anım tədbiri keçirilib FOTOLAR

Naftalanda anım tədbiri keçirilib FOTOLAR

11 dekabr 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilb. SİA-nın xəbərinə görə, şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ulu öndərin abidəsinin önünə əklil və çiçək dəstələri qoyublar.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilb. Tədbiri ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar bir daha xatırlanıb.

Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək vurğulayıb ki, indi ulu öndərin vəfatından 12 il ötsə də Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib.Ulu öndər Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atib. Eyni zamanda diqqətə çatdırıb ki, ulu öndərin uğurlu siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin səyi hesabına Azərbaycan regionda ən qüdrətli ölkəyə çevrilib.

Tədbir məktəblilərin ifasında "Əbədiyaşar ulu öndər" adlı kompozisiya ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə