Ədəbi dil normalarına riayət edək ÇAĞIRIŞ

Ədəbi dil normalarına riayət edək ÇAĞIRIŞ

Bu gün Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ), Elektron Mediaya Yardım Fondu və AMEA-nın Dilçilik İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) maliyyə dəstəyi ilə keçirilən "Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində baş tutmuş monitorinqlərin nəticələrinə dair mətbuat konfransı keçirilib.

SİA xəbər verir ki, layihənin strateji məqsədi Azərbaycan ədəbi dil normalarına televiziya və radiolar tərəfindən əməl edilməsi, bu sahədə aparıcıların peşəkarlığının aparılması, dublyaj zamanı ədəbi dil normalarına dair keyfiyyətin artırılması və bunun nəticəsi olaraq Azərbaycan ədəbi dilinin qorunmasıdır. Layihə çərçivəsində milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Monitorinq göstərib ki, ədəbi dil normaları dilin bütün səviyyələrində - istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur. Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasınn pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.

Sonda tele-radio məkanında ədəbi dilin qorunması və mövcud pozulma hallarının aradan qaldırılması üçün bir neçə təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə