FHN “Günəşli” yatağındakı 10-cü özülə yanğınsöndürənləri desant etdi

FHN “Günəşli” yatağındakı 10-cü özülə yanğınsöndürənləri desant etdi

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi fasiləsiz olaraq tədbirlərini davam etdirir. SİA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 10-da saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisindən 5 nəfər tərkibdə təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant edilib.

Özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.

Bu gün isə saat 09:00-da "Vixr-8" gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib.

Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə