“Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur
"Kütləvi informasiya vasitələri haqqında" Qanunda dəyişiklik edilməsi təklif olunur. SİA-nın məlumatına görə, təklif bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirə olunub. Bildirilib ki, Qanunun 19-cu maddəsinə edilən dəyişikliyə əsasən, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müavəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
Bu Qanunda edilməsi nəzərdə tutulan dəyişiklik "Televiziya və radio yayımı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununa uğunlaşdırmaq məqsədi daşıyır.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasında tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB