Sabir Rüstəmxanlı: “Dilimiz yeni sözlərlə zənginləşməlidir” AÇIQLAMA
"Dilə daxil olan sözlər müəyyən süzgəcdən keçməlidir". SİA xəbər verir ki, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı "Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində keçirilən monitorinqin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasında keçirilən mətbuat konfransında deyib.
Sabir Rüstəmxanlı bildirib ki, dili daha çox zənginləşdirən jurnalistlər və ədəbiyyatçılardır: "Dilimiz yeni sözlərlə zənginləşməlidir. Bu proses iki formada baş verə bilər: ya dilimiz hesabına yeni sözlər yaratmaq, ya da xaricdən gələn yeni sözləri qəbul etməklə. Təəsüf ki, Azərbaycan xalqı öz dilini daha çox xarici sözlər hesabına zənginləşdirir. Dildəki sözlərin dəyişiklik mənbəsi dialektlər, süni yaranan sözlər və türk dilləri olmalıdır. Dilimiz rus dilindən gələn sözlər əvəzinə türk dilindən gələn sözlər hesabına zənginləşməlidir. Bunun qarşısını almaq yox yol açmaq lazımdır. Bu sahədə qanunlarımızda da düzəlişlər olunmalıdır. Dil komissiyası yaratmaq lazımdır. Mən Türkiyə-Azərbaycan arasında ortaq terminolji komitə yaratmağı təklif edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB