Qulu Məhərrəmli: "Bəzi aparıcılar Azərbaycan dilini yaxşı bilmir" AÇIQLAMA YENİLƏNIR
"Dilimizə başqa dillərin təsiri güclüdür". SIA xəbər verir ki, bu fikirləri jurnalist-teletənqidçi Qulu Məhərrəmli Azərbaycan Milli Televiziya və Radio Şurasında "Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində keçirilən monitorinqlərin nəticələri ilə bağlı baş tutan mətbuat konfransında deyib. Qulu Məhərrəmli bildirib ki, efirlərdə çıxış edənlər düşünməlidirlər ki, onların dilimizlə bağlı yol verdiyi nöqsanlar izləyicilərə də tirajlanır: "Bəzi aparıcılar Azərbaycan dilini yaxşı bilmir. Apardığımız monitorinqlərdən sonra bu yöndə müsbət irəliləyişlər var. Artıq aparıcılar üzərlərinə düşən məsuliyyətini başa düşürlər. Keçirdiyimiz bütün monitorinqlər dilimizin saflaşmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB