FHN-in 2 gəmisi, 4 helikopteri və 1 təyyarəsi itkin düşənləri axtarır
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hazırda FHN-ə məxsus "Vixr-5" və "Vixr-8" tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və "B-200ÇS" təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB