Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük, əvəzedilməz xidmətləri olub. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. SİA-ya münasibət bildirən gənclərimiz Ulu Öndər Heydər Əliyev yoluna, onun uğurlu gənclər strategiyasına sadiqliklərini fikirləri ilə bir daha təsdiq ediblər:
.jpg)
Murad Cənnətov, YAP Sabunçu rayon təşkilatının əməkdaşı:
- Müstəqil Azərbaycan deyilən zaman, öncəliklə, insan zəkasına Ulu Öndər Heydər Əliyev adı gəlir. Çünki Azərbaycan Respublikası fenomen şəxsiyyət Heydər Əliyevin şah əsəridir! Ümummilli Lider Heydər Əliyev biz gənclərin qəlbində ölkəmizdə gənclər siyasətinin banisi kimi həkk olunmuşdur. Məhz onun uzaqgörən siyasətinin nəticəsi olaraq, bu gün respublikamızın intelektli, savadlı, dünyagörüşü mükəmməl olan hər bir gənci öz karyeralarını inkişaf etdirməklə bərabər, eyni zamanda, Vətənimiz Azərbaycanın daxili və xarici siyasətində, iqtisadiyyatında, sosialyönlü məsələlərində də yüksək şəkildə iştirak edirlər. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədadır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə geniş miqyaslı tədbirlər həyata keçirilmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır. Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Bu gün Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. 3 oktyabr 2008-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev cənabları Azərbaycan gənclərinin V forumunda iştirak edərək bildirib ki, dövlətin gənclərlə bağlı siyasəti gələcəyə ünvanlanmış və gənclərin elmdə, təhsildə, mədəniyyətdə, idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirmişdir. Bu fikirlərin doğruluğunu biz artıq müasir zamanda müşahidə edərək görürük ki, hazırda biz gənclər nəinki MDB məkanında, hətta uzaq Avropa, Amerika və s. kimi qitələrdə də öz sözümüzü bir azərbaycanlı gənc olaraq bildirir, Vətənimizin təbliğatında, lobbiçiliyində fəal iştirak edirik. Bu və ya bu kimi çoxsaylı uğurlar məni bir azərbaycanlı gənc olaraq sevindirir. Uğurlarımızın hər zaman artan templə inkişaf etdiyinə görə, qürur hissi keçirirəm!

Həsən Hüseynzadə, YAP Gənclər Birliyinin fəal üzvü:
- Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda Gənclər siyasətinin aparılmasının əsası 1996-cı ildən əsaslı olaraq başlamışdı. 2 fevral Gənclər Gününün qeyd edilməsi 1996-cı ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Lətafət Məmmədli, YAP Gənclər Birliyinin fəal üzvü:
- Azərbaycan xalqının çoxəsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və böyük şəxsiyyətlərdən biri olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Ulu Öndər həyatını Azərbaycan dövləti, Azərbaycan xalqının rihaf halının yaxşılaşdırmasına həsr etmiş və Azərbaycan haqqında düşündüklərini belə ifadə etmişdir: "Mən bütün həyatımı Azərbaycana, xalqıma həsr etmişəm. Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram". Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük xidmətləri ölkədə Azərbaycançılıq məfkurəsinin yaradılması, müstəqil dövlətimizə sevgi, vətənpərvər gənclərin yetişməsi, gənc siyasətçilərin, ali savadlı kadrların hazırlanması və s. olmuşdur. Heydər Əliyev böyük qurucu idi. Hansı sahəyə nüfuz edirdisə orada yeniliklər uğurlu iş görülürdü. Məhz gənclər sahəsidə bu sahələrdən biri idi. Ümummilli Liderimiz gəncləri təhsilli, elmli, vətənpərvər ruhda, dinini, millətin bütövlüyünün qorunmasında iştirak edən gənclik kimi görmək istərdi. Sağam ruhda, sağlam düşüncəli gənclərin yetişməsinə şərait yaradır və buna görə gənclərdə müəllimə hörmət, sevgi hissləri aşılamağa çalışan Ulu Öndər daim müəllimə münasibəti xatırladır, müəllimliyin ən şərəfli bir peşə olduğunu bildirirdi. Ümumiyyətlə, təcrübəli və müdrik liderimiz Heydər Əliyevin gənclər siyasəti sistemli xarakter daşıyırdı. Gənclərlə iş sahəsində yaranmış nöqsanların aradan qaldırılması, gənclərin dövlətçilik və müstəqillik naminə möhkəm birliyinə nail olunması, onların ölkəmizin beynəlxalq miqyasda layiqli təmsil etməsi istiqamətində çoxsaylı işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin gənclər barəsində fikirləri hər zaman öz fərqliliyilə seçilmişdir: "Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycanının gələcək yolu kimi qəbul etməli və həyatını qurarkən, fəaliyyətə başlayarkən tək özü ailəsi haqqında yox, daha çox müstəqil Azərbaycanın bu günü gələcəyi haqqında düşünməlidir". Gənclərə olan inam və sevgisi sayəsində Ulu Öndərimiz fevralın 2-ni Gənclər Günü kimi qeyd olunması haqqında sərəncam imzalamış və Gənclər haqqında bu fikirləri söyləmişdir : " XXI əsr gənclərin əsridir. XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub yaratmaq və inkişaf etdirmək dövrüdür". Bu gün cənab Prezidentimiz İlham Əliyev ötən müddət ərzində gəncləri bütün sahələrdə irəli çəkdiyi göz önündədir. Dövlət başçımız biz gənclərə inanir və bizimdə borcumuz Cənab Prezidentimizin yanında olmaqdır. Bütün bunlar isə Heydər Əliyev siyasətinin uğurlu davamıdır.

Yeganə Qasımova, YAP Gənclər Birliyinin fəal üzvü:
- Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Onun nitqi dərin və konkret idi.Müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olmaz.Çünki , o əbədi olaraq qəlbimizdə yaşayır.Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi. Məhz, I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Gənclər olaraq biz bundan sonra da Azərbaycanın müstəqilliyi möhkəmlənməsi, qüdrətinin artması yolunda əlimizdən gələni edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB