Ukrayna və Koreya prezidentləri başssağlığı verdilər

Ukrayna və Koreya prezidentləri başssağlığı verdilər

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın dövlət başçısına "Günəşli" yatağında baş verən hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir:

"Günəşli" yatağındakı neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbəri böyük kədər hissi ilə qarşıladım. Həlak olan insanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Bu kədərli günlərdə dost Azərbaycan xalqının ağrısına şərikik".

Koreya prezidenti Pak Kin He də İ. Əliyevə başsağlığı məktubu ünvanlayıb. "Dekabrın 4-də Xəzər dənizinin "Günəşli" yatağındakı neft platformasında baş vermiş qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyir, tezliklə sağalmalarını arzu edirəm. Bu kədərli günlərdə düşüncələrimiz və dualarımız, Zati-aliləri, Sizinlə və Azərbaycan xalqı ilə birlikdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə