Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunus azadlığa buraxılıb. ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bəyanatında Leyla Yunusun buraxılmasını alqışlayıb və "Biz Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacayıq" deyib.
Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bu qərarı "mühüm humanitar addım" kimi qiymətləndiriblər. Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic "Avropa İttifaqı inanır ki, daha da çox addımlar atılacaq. Biz Azərbaycan ilə münasibətlərimizi genişləndirməyə hazırıq".
Avropa Parlamentinin prezidenti Martin Şults bunun gözəl xəbər olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB