Ulu öndərin xatirəsi Qazaxıstanda anıldı FOTOLAR

Ulu öndərin xatirəsi Qazaxıstanda anıldı FOTOLAR

9 dekabr 2015-ci il tarixində Baş konsulluq tərəfindən Aktau şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Konsulluqdan SİA-ya verilən xəbərə görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) üzvlər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri ilə yanaşı, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngerü, yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu və bu günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb.

Azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədr müavini Vaqif Əliyev çıxışında, Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıb.

Çıxışlardan sonra Aktau şəhərinin 6 saylı məktəbində təhsil alan azərbaycanlı məktəblilər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində təhsil alan azərbaycanlı tələbələr ulu öndərin xatirəsinə həsr olunmuş çıxışlar edib, şeirlər səsləndiriblər.

Daha sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri arasında keçirilmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev – Azərbaycan xalqının böyük oğlu" mövzusunda inşa yazı müsabiqəsinin yekunları elan edilib.

Müsabiqədə iştirak etmiş tələbələrin inşa yazıları Baş konsulluq və Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən "Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi" tərəfindən baxılaraq qiymətləndirilib. Müsabiqənin yekununda iştirakçılar arasında üç nəfər 3-cü yer, bir nəfər 2-ci yer və bir nəfər birinci yerə layiq görülüb.

3-cü yerin sahibləri -Mınbayev Azamat Batıroviç, 3-cü kurs tələbəsi; Bazarbayev Sabit - 3-cü kurs tələbəsi; Nəcəfov Rəhim, 3-cü kurs tələbəsi;

2-ci yerin qalibi: Jarılqapova Ayım 2-ci kurs tələbəsi;

1-ci yerin qalibi: - Aliyeva Aydana Kurmanbayevna 2-ci kurs tələbəsi.

Qaliblərə Baş konsulluğun fəxri fərmanları və xatirə hədiyyələri ilə təqdim edilmişdir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayış etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə